"Bavariya" aparıcı futbolçusu ilə müqaviləni uzatdı

Futbol
  • 07 aprel, 2020
  • 09:17
Bavariya aparıcı futbolçusu ilə müqaviləni uzatdı
Tomas Müller

Almaniyanın “Bavariya” klubu futbolçusu Tomas Müllerlə müqavilənin müddətini uzadıb. 

“Report” Münhen təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 31 yaşlı hücumçu ilə 2023-cü ilin iyununadək yeni sözləşmə əldə olunub.  

Qeyd edək ki, Tomas Mülllər bu mövsüm bütün turnirlər daxil olmaqla, 36 oyunda iştirak edib, 10 qol və 16 məhsuldar ötürmə ilə yadda qalıb.