“Bavariya” "qızıl dubl" etdi

“Bavariya” "qızıl dubl" etdi Münhen "Bavariya"sı Almaniya kubokunun finalında Leverkuzen "Bayer"i ilə qarşılaşıb.
Futbol
5 İyul , 2020 00:19
“Bavariya” qızıl dubl etdi

"Bavariya" və "Bayer" komandaları futbol üzrə Almaniya Kubokunun final matçında üz-üzə gəliblər.

"Report"un məlumatına görə, Berlinin "Olimpiaştadion"da keçirilmiş qarşılaşma "Bavariya"nın 4:2 hesablı qələbəsi ilə başa çatıb. Qalib komandadan ilk 2 qolu 16-cı dəqiqədə David Alaba və 24-cü dəqiqədə Serj Qnabri vurub. Hücumçu Robert Levandovski isə 59-cu və 89-cu dəqiqələrdə fərqlənərək, "dubl" edib. “Bayer”in heyətində 64-cü dəqiqədə Sven Bender və 90+5-ci dəqiqədə Kay Haverts fərqlənib.

Beləliklə, "Bavariya" ardıcıl 2-ci, tarixində 20-ci dəfə Almaniya Kubokunu qazanıb. Klub daha öncə ardıcıl 8-ci, tarixində 30-cu dəfə ölkə çempionu olub. 

Son xəbərlər

Orphus sistemi