"Bavariya" 9-cu dəfə Almaniya Super Kubokunun qalibi olub

"Bavariya" 9-cu dəfə Almaniya Super Kubokunun qalibi olub Almaniya Super Kuboku uğrunda matçda "Borussiya" (Dortmund) "Bavariya"nı qəbul edib. “Report” xəbər verir ki, görüş Dortmundda "Siqnal İduna Park" stadionunda keçirilib və qonaqların 3:1 hesablı qələbəsi ilə baa çatıb.
Futbol
18 Avqust , 2021 03:57
Bavariya 9-cu dəfə Almaniya Super Kubokunun qalibi olub

Almaniya Super Kuboku uğrunda həlledici matçda "Borussiya" (Dortmund) "Bavariya"nı qəbul edib.

“Report” xəbər verir ki, görüş Dortmundda "Siqnal İduna Park" stadionunda keçirilib və qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Qarşılaşmada hesab 41-ci dəqiqədə açılıb - Robert Levandovski fərqlənib. Bundan 8 dəqiqə sonra hücumçu Tomas Müller Levandovskinin ötürməsi ilə Münhen komandasının hesabdakı üstünlüyünü artırıb. Matçın 64-cü dəqiqəsində "Borussiya"nın hücumçusu Marko Roys hesab arasındakı fərqi azaldıb. Lakin bu da son olmayıb - 74-cü dəqiqədə Levandovski dubl edərək, görüşdə son nöqtəni qoyub.

Beləliklə, "Bavariya" Almaniya Super Kubokunun qalibi olub. Münhen klubu qazandığı kubokların sayına görə liderdir — "Bavariya"nın hesabında Almaniyanın doqquz Super Kuboku var.

Son xəbərlər

Orphus sistemi