"Bavariya" ardıcıl 9-cu dəfə Almaniya çempionu oldu

"Bavariya" ardıcıl 9-cu dəfə Almaniya çempionu oldu Futbol üzrə Almaniya Bundesliqasında 2020/2021 mövsümünün qalibi müəyyənləşib
Futbol
8 May , 2021 20:06
Bavariya ardıcıl 9-cu dəfə Almaniya çempionu oldu

Futbol üzrə Almaniya Bundesliqasında 2020/2021 mövsümünün qalibi müəyyənləşib.

"Report"un məlumatına görə, "Bavariya" ardıcıl 9, ümumilikdə isə 31-ci dəfə ölkə çempionluğunu qazanıb.

2-ci pillədə qərarlaşan "Leyptsiq"in XXXII turda Dortmundda "Borussiya"ya 2:3 hesabı ilə uduzması Münhen təmsilçisinin qızıl medalları vaxtından əvvəl təmin etməsinə imkan verib.

Bir oyun az keçirən "Bavariya" sona 2 tur qalmış ən yaxın izləyicisini 7 xal qabaqlayır. Hans-Diter Flikin baş məşqçi olduğu komanda bu turda Mönhenqladbax "Borussiya"sını qəbul edəcək. Qarşılaşma bu gün keçiriləcək.

Son xəbərlər

Orphus sistemi