Bakı. 17 avqust. REPORT.AZ/ Belarus təmsilçisi BATE-nin Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ”ı mübarizədən kənarlaşdırması komandaya rəhbərlik edən Aleksey Baqa üçün düşərli olub.
“Report” Borisov təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, klub rəhbərliyi indiyə qədər baş məşqçi vəzifəsini müvəqqəti yerinə yetirən 37 yaşlı mütəxəssisi bu posta təsdiqləyib.
Qeyd edək ki, BATE "Qarabağ"ı səfər qələbəsi sayəsində üstələyib - 1:0, 1:1. Borisovlular ÇL-in pley-off mərhələsində Hollandiyanın PSV komandası ilə qarşılaşacaq. Ağdamlılar isə Avropa Liqasının pley-offunda Moldova “Şerif”i ilə üz-üzə gələcək.