BATE klubunun yeni baş məşqçisi müəyyənləşib

Futbol
  • 10 yanvar, 2022
  • 14:42
BATE klubunun yeni baş məşqçisi müəyyənləşib

Belarusun BATE klubunun yeni baş məşqçisi bəlli olub.

"Report" Borisov təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, komanda bunadək əvəzedicilərə rəhbərlik etmiş Aleksandr Mixaylova tapşırılıb.

38 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb. Onun köməkçiləri Serger Zeneviç, Roman Kirenkin və Pavel Şmigero olacaq.