UEFA Çempionlar Liqasında III turun son görüşləri keçirilib.
"Report"un məlumatına görə, ikinci oyun gününün 8 qarşılaşmasında qapılara 27 qol vurulub.
E qrupunun hər iki görüşü məhsuldar alınıb. "Sevilya" İspaniyada Rusiya "Krasnodar"ı ilə matçda əzmkar qələbə qazanıb - 3:2. Avropa Liqasının son qalibi buna azlıqda qaldığı halda nail olub. "Çelsi" isə İngiltərədə Fransa "Renn"ini darmadağın edib - 3:0. Bu nəticələrdən sonra İngiltərə və İspaniya təmsilçiləri hərəyə 7 xalla liderliklərini davam etdiriblər.
F qrupunda Almaniyanın "Borussiya" (Dortmund) komandası Belçikada "Brügge" üzərində böyük hesablı qələbə qazanıb - 3:0. Qollardan ikisini istedadlı hücumçu Erlinq Holann vurub. Qrupun digər matçında isə "Zenit" Rusiyada İtaliya "Latsio"sunu büdrədib - 1:1.
G qrupunda "Barselona" İspaniyada Ukraynanın "Dinamo" (Kiyev) komandasını minimal fərqlə yenməyi bacarıbsa, İtaliya "Yuventus"u Macarıstanda "Ferentsvaroş"u darmadağın edib - 4:1.
H qrupundakı hər iki qarşılaşma isə sensasiya ilə nəticələnib. "Başakşehir" Türkiyədə "Mançester Yunayted"i, "Leyptsiq" isə Almaniyada Fransa PSJ-sini yenməyi bacarıb. PSJ-nin yeganə qolunun müəllifi Anxel Di Maria 16-cı dəqiqədə penaltini yerinə yetirə bilməyib. Üstəlik, Paris komandası oyunu 9 futbolçu ilə başa vurmalı olub.
Çempionlar Liqası
Qrup mərhələsi, III tur
4 noyabr
E qrupu
00:00. “Sevilya” (İspaniya) – “Krasnodar” (Rusiya) - 3:2
Qollar: İvan Rakitiç, 42. Yussef ən-Nəsiri, 69; 72 - Məhəmməd Süleymanov, 17. Markus Berq, 21 (pen.)
Qırmızı vərəqə: Xesus Navas, 45+5 ("Sevilya")
00:00. “Çelsi” (İngiltərə) – “Renn” (Fransa) - 3:0
Qollar: Timo Verner, 10; 41 (hər ikisi pen.). Temmi Abraham, 50
Qırmızı vərəqə: Enrike Dalbert, 40 ("Renn")
Xal durumu: “Çelsi” - 7, “Sevilya” - 7, “Krasnodar” - 1, “Renn” - 1
F qrupu
21:55. “Zenit” (Rusiya) – “Latsio” (İtaliya) - 1:1
Qollar: Aleksandr Yeroxin, 32 - Felipe Kaysedo, 82
00:00. “Brügge” (Belçika) – “Borussiya” (Dortmund, Almaniya) - 0:3
Qollar: Torqan Azar, 14. Erlinq Holann, 18; 32
Xal durumu: “Borussiya” - 6, “Latsio” - 5, “Brügge” - 4, “Zenit” - 1
G qrupu
00:00. “Barselona” (İspaniya) – “Dinamo” (Kiyev, Ukrayna) - 2:1
Qollar: Lionel Messi, 5 (pen.). Jerar Pike, 65 - Viktor Tsıqankov, 75
00:00. “Ferenstvaroş” (Macarıstan) – “Yuventus” (İtaliya) - 1:4
Qollar: Frank Boli, 90 - Alvaro Morata, 7; 60. Paulo Dibala, 73. Laşa Dvali, 81 (öz qapısına)
Xal durumu: “Barselona” - 9, “Yuventus” - 6, “Dinamo” - 1, "Ferentsvaroş" - 1
H qrupu
21:55. “Başakşəhər” (Türkiyə) – “Mançester Yunayted” (İngilıtərə) - 2:1
Qollar: Demba Ba, 13. Edin Vişça, 40 - Antoni Marsyal, 43
00:00. “Leyptsiq” (Almaniya) – PSJ (Fransa) - 2:1
Qollar: Kristofer Nkunku, 42. Emil Forsberq, 57 (pen.) - Anxel Di Maria, 6
İstifadə olunmamış penalti: Anxel Di Maria, 16 (PSJ)
Qırmızı vərəqələr: İdrissa Geye, 69. Presnel Kimpembe, 90+5 (hər ikisi PSJ)
Xal durumu: “Mançester Yunayted” - 6, “Leyptsiq” - 6, PSJ - 3, “Başakşehir” - 3.