"Başakşehir" ilk qələbəsini, "Zenit" ilk xalını qazandı

"Başakşehir" ilk qələbəsini, "Zenit" ilk xalını qazandı UEFA Çempionlar Liqasının qrup mərhələsində III turun daha 2 oyunu keçirilib. "Report"un məlumatına görə, qarşılaşmalar Türkiyə və Rusiyada təşkil olunub.
Futbol
5 Noyabr , 2020 00:25
Başakşehir ilk qələbəsini, Zenit ilk xalını qazandı

UEFA Çempionlar Liqasının qrup mərhələsində III turun daha 2 oyunu keçirilib. "Report"un məlumatına görə, qarşılaşmalar Türkiyə və Rusiyada təşkil olunub.

İstanbuldakı "Fatih Terim" stadionunda "Başakşehir" İngiltərənin "Mançester Yunayted" komandasını qəbul edib. Görüş meydan sahiblərinin sensasion qələbəsi ilə yekunlaşıb - 2:1. Qolların hamısı ilk yarıda vurulub. 13-cü dəqiqədə Demba Ba "Başakşehir"i hesabda önə çıxarıb. 40-cı dəqiqədə Edin Vişça fərqi artırıb. Qonaqların təsəlli qoluna isə 43-cü dəqiqədə Antoni Marsyal imza atıb.

Bu, "Başakşehir"in H qrupunda ilk qələbəsi olub. Hazırda Türkiyə təmsilçisi 3 xala malik olsa da, yenə qrup sonuncusudur. 6 xalı olan "Mançester Yunayted" isə hələ də qrup lideridir.

Daha bir matç F qrupuna təsadüf edib. Rusiyada "Zenit" İtaliya "Latsio"sunu qəbul edib. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Hesabı meydan sahiblərindən Aleksandr Yeroxin 32-ci dəqiqədə açıb. 82-ci dəqiqədə isə Felipe Kaysedo bərabərliyi təmin edib.

Bu nəticədən sonra "Latsio" 5 xalla vahid liderə çevrilib. Qrupda ilk xalını qazanan "Zenit" isə yenə sonuncu yerdə gedir.

Qeyd edək ki, hazırda turun son 6 görüşü keçirilir.

Son xəbərlər

Orphus sistemi