"Başakşehir"dən növbəti məğlubiyyət, PSJ və "Çelsi"dən ilk qələbələr

"Başakşehir"dən növbəti məğlubiyyət, PSJ və "Çelsi"dən ilk qələbələr UEFA Çempionlar Liqasında II turun növbəti iki görüşü keçirilib.
Futbol
28 Oktyabr , 2020 23:53
Başakşehirdən növbəti məğlubiyyət, PSJ və Çelsidən ilk qələbələr

UEFA Çempionlar Liqasında II turun növbəti iki görüşü keçirilib.

"Report"un məlumatına görə, "Krasnodar" Rusiyada İngiltərənin "Çelsi", "Başakşehir" isə Türkiyədə Fransanın PSJ komandasını qəbul edib. Oyunlar qonaqların qələbəsi ilə yekunlaşıb.

"Krasnodar" böyük hesabla məğlub olub - 0:4. "Çelsi"dən 37-ci dəqiqədə Kallum Hadson-Odoi hesabı açıb. Timo Verner 76-cı dəqiqədə penaltidən fərqi artırıb. Son iki qolu 79-cu dəqiqədə Hakim Ziyeş, 90-cı dəqiqədə isə Kristian Pulişiç vurub. Bu nəticədən sonra xalını 4-ə çatdıran "Çelsi" E qrupunda liderliyə yüksəlib. 1 xala malik "Krasnodar" isə 2-ci yerə enib.

"Başakşehir" isə İstanbuldakı "Fatih Terim" stadionunda 0:2 hesabı ilə yenilib. Hər iki qolu Moyze Kin 64 və 79-cu dəqiqələrdə vurub. Bununla da PSJ H qrupunda 3 xalla “Mançester Yunayted” və “Leyptsiq”in liderliklərinə şərik olub. Ardıcıl ikinci məğlubiyyətlə üzləşən "Başakşehir" isə xalsızdır.

Qeyd edək ki, II turun son 6 görüşü Bakı vaxtı ilə saat 24:00-da başlanacaq.

Son xəbərlər

Orphus sistemi