Baş hakim Portuqaliya yığmasından üzr istədiyini təsdiqlədi

Baş hakim Portuqaliya yığmasından üzr istədiyini təsdiqlədi Hollandiyalı baş hakim Danni Makkeli Serbiya yığması ilə oyundan sonra Portuqaliya milli komandasının baş məşqçisi Fernandu Santuşdan üzr istədiyini təsdiqləyib.
Futbol
29 Mart , 2021 22:14
Baş hakim Portuqaliya yığmasından üzr istədiyini təsdiqlədi

Hollandiyalı baş hakim Danni Makkeli Serbiya yığması ilə oyundan sonra Portuqaliya milli komandasının baş məşqçisi Fernandu Santuşdan üzr istədiyini təsdiqləyib.

"Report" xəbər verir ki, 38 yaşlı referi "A Bola"ya açıqlamasında üzrxahlığını matçın uzatma dəqiqələrində Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldunun qolunu saymaması ilə əlaqələndirib.

"FIFA-nın siyasətinə uyğun onu deyə bilərəm ki, baş vermiş hadisəyə görə Santuş və onun rəhbərlik etdiyi komandadan üzr istəmişəm. Düzgün qərarlar qəbul etməkdən ötrü hakimlər komandası olaraq, səylə çalışırıq. Xəbərlərə bu formada düşməyimiz biz heç də sevindirmir" deyə Makkeli vurğulayıb.

Qeyd edək ki, martın 27-də keçirilmiş oyunun 90+3-cü dəqiqəsində Kriştianu Ronaldunun zərbəsindən sonra top qapı xəttini keçsə də, Danni Makkeli qolu saymayıb. 36 yaşlı hücumçu qərarı əsəbi qarşıladığı üçün sarı vərəqə alıb. 2:2 hesablı heç-heçə ilə yekunlaşmış oyundan sonra Santuş Makkelinin ona yaxınlaşaraq, səhvinə görə üzr istədiyini bildirib.

Son xəbərlər

Orphus sistemi