Baş hakim Portuqaliya yığmasından üzr istədi
Futbol
- 28 mart, 2021
- 05:37
Hollandiyalı baş hakim Danni Makkeli Serbiya yığması ilə dünya çempionatının seçmə oyununun uzatma dəqiqələrində Portuqaliya millisinin qolunu saymadığı üçün üzr istəyib.
"Report"un məlumatına görə, bu barədə qonaq komandanın baş məşqçisi Fernandu Santuş açıqlama verib.
Santuş bildirib ki, Makkeli matçın ardından epizodun təkrarına baxdıqdan sonra üzrxahlıq edib: "O, hələ meydançada mənə görüntülərə baxmaq və əsas olarsa, üzr istəmək niyyətində olduğunu dedi. Belə də oldu, üzr istədi".
Qeyd edək ki, Serbiya - Portuqaliya matçı 2:2 hesablı heç-heçə ilə yekunlaşıb. Hazırda hər iki komanda A qrupunda 4 xalla ilk 2 pillədə qərarlaşıb. İlk turda Portuqaliyaya 0:1 hesabı ilə uduzmuş Azərbaycan millisi martın 30-da Serbiyanı qəbul edəcək.
Son xəbərlər
17:28
Ayxan Abbasov: "Qarabağ" Azərbaycan Kubokunun favoritidir"
Futbol17:26
"LEGIS Hüquq Forum" başa çatıb
Daxili siyasət17:24
Coratda 36 yaşlı kişi dəm qazından boğularaq ölüb
Hadisə17:12
Foto
Azərbaycanın basketbol millilərinin seçmə mərhələdəki rəqibləri bəlli olub
Komanda17:12
ABŞ Ukraynaya hücum silahları təqdim edəcək
Digər ölkələr17:11
Foto
Prezident İlham Əliyevin BƏƏ səfəri başa çatıb
Xarici siyasət17:08
Sabah Mingəçevir və Bərdədə qaz olmayacaq
Energetika17:04
Ali Radanın birinci vitse-spikeri: Zelenskinin korrupsiya qalmaqalına reaksiyası vacib idi
Digər ölkələr17:04