Baş hakim aldığı hədələrə görə ona təyinat verilməməsini istədi

Baş hakim aldığı hədələrə görə ona təyinat verilməməsini istədi Baş hakim Mayk Din futbol üzrə İngiltərə Premyer Liqasının növbəti oyunlarına təyin olunmamasını istəyib.
Futbol
8 Fevral , 2021 22:30
Baş hakim aldığı hədələrə görə ona təyinat verilməməsini istədi

Baş hakim Mayk Din futbol üzrə İngiltərə Premyer Liqasının növbəti oyunlarına təyin olunmamasını istəyib.

"Report" xəbər verir ki, 52 yaşlı referi sosial şəbəkələrdə hədə və təhqir dolu məlumatlar aldıqdan sonra belə bir xahişlə çıxış edib. Azarkeşlərin bu cür reaksiyaları onun son oyunlarda mübahisəli qərarları ilə əlaqədar olub.

XXIII turun qolsuz heç-heçə ilə nəticələnmiş "Vest Hem" - "Fulhem" matçının sonlarında Din meydan sahiblərinin yarımmüdafiəçisi Tomaş Souçeki meydandan qovub. Bu gün isə həmin qırmızı vərəqə ləğv olunub.

Təcrübəli referi habelə XXII turda "Sautgempton"un "Mançester Yunayted"ə 0:9 hesabı ilə uduzduğu qarşılaşmada da iş başında olub. O, "Sautgempton"un futbolçuları Aleksandr Yankevits və Yan Bednareki meydandan qovub. 19 yaşlı Yankevits artıq 2-ci dəqiqədə, 24 yaşlı Bednarek isə 86-cı dəqiqədə qırmızı vərəqə alıb. Baş hakim Bednareki öncə qovmaq istəməyərək, penalti təyin etməklə kifayətlənmək niyyətində olub. Lakin referi VAR-a müraciət etdikdən sonra futbolçunu qovub.

Sonradan bu qırmızı vərəqə ləğv olunub.

Son xəbərlər

Orphus sistemi