KİV: "Barselona" Xorvatiya millisinin futbolçusunu satır

KİV: "Barselona" Xorvatiya millisinin futbolçusunu satır Bakı. 13 fevral. REPORT.AZ/ İspaniyanın Barselona klubu futbolçusu İvan Rakitiçlə yollarını ayırmaq istəyir.
Futbol
13 Fevral , 2019 14:46
KİV: Barselona Xorvatiya millisinin futbolçusunu satır

Bakı. 13 fevral. REPORT.AZ/ İspaniyanın "Barselona" klubu futbolçusu İvan Rakitiçlə yollarını ayırmaq istəyir.

"Report" sport.es saytına istinadən xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi Kataloniya təmsilçisinin prezidenti Xosep Bartomeu ilə görüşüb. AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alan Xorvatiya yığmasının oyunçusu əmək haqqının artırılması və müqaviləsinin uzadılması məsələsini danışacağına ümid edib. Lakin "Barselona" Rakitiçlə sözləşməni yeniləmək istəməyib. İspaniya nəhəngi yay "transfer pəncərəsi"ndə yarımmüdafiəçini satmağı düşünür.

Klubun 2021-ci ilə qədər müqaviləsi olan xorvatiyalı orta xətt oyunçusunu 65 milyon avroya satmağa hazır olduğu bildirilib. Onunla Fransanın PSJ və İtaliyanın "İnter" klubları yaxından maraqlanır.

Qeyd edək ki, İvan Rakitiç 2014-cü ildən “Barselona"da çıxış edir. Azərbaycan millisi Xorvatiya, Uels, Slovakiya və Macarıstan yığmaları ilə birgə E qrupunda mübarizə aparacaq. Yığma Xorvatiya ilə martın 21-də səfərdə, sentyabrın 9-da isə evdə qarşılaşacaq.

Son xəbərlər

Orphus sistemi