"Barselona" və "Atletiko" ulduz futbolçularını dəyişir

"Barselona" və "Atletiko" ulduz futbolçularını dəyişir İspaniyanın "Barselona" və "Atletiko" komandaları ulduz futbolçularını dəyişdirməyə hazırlaşır.
Futbol
10 İyul , 2021 13:11
Barselona və Atletiko ulduz futbolçularını dəyişir

İspaniyanın "Barselona" və "Atletiko" komandaları ulduz futbolçularını dəyişdirməyə hazırlaşır.

"Report" "Football Espana" nəşrinə istinadən xəbər verir ki, söhbət Kataloniya təmsilçisinin hücumçusu Antuan Qrizmann və Madrid klubunun yarımmüdafiəçisi Saul Nyigesdən gedir.

İspaniyalı mərkəz yarımmüdafiəçisinin adı İngiltərə "Liverpul"u ilə hallansa da, son məlumata görə, La Liqa təmsilçiləri öz aralarında dəyişiklik variantını müzakirə edirlər.

"Barselona"nın baş məşqçisi Ronald Kuman futbolçulara ödənilən maaşların azaldılmasını istəyir. Bu mənada, 30 yaşlı fransalı forvardın gedişi maliyyə yükünü azalda bilər. Lakin "Atletiko" Nyigeslə Qrizmannı başabaş dəyişmək niyyəində deyil. Paytaxt klubu əlavə 20 milyon avro təzminat tələb edə bilər.

Qeyd edək ki, ötən mövsüm "Barselona"nın heyətində bütün turnirlər daxil olmaqla 51 oyun keçirən Qrizmann 20 qol vurub, 13 məhsuldar ötürmə edib. Nyiges isə 41 matçda 2 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Qrizmann "Barselona"ya 2019-cu ildə məhz "Atletiko"dan keçib.

Son xəbərlər

Orphus sistemi