"Barselona" türkiyəli futbolçu ilə vidalaşıb

"Barselona" türkiyəli futbolçu ilə vidalaşıb İspaniya "Barselona"sı türk əsilli futbolçusu Yusuf Demirlə yollarını ayırıb.
Futbol
13 Yanvar , 2022 15:28
Barselona türkiyəli futbolçu ilə vidalaşıb
Yusuf Demir

İspaniya "Barselona"sı futbolçusu Yusuf Demirlə yollarını ayırıb.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, türk əsilli avstriyalı yarımmüdafiəçi ilə icarə müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib. 19 yaşlı oyunçu Avstriyanın "Rapid" (Vyana) komandasına qayıdıb.

İddiaya görə, Kataloniya təmsilçisinin istedadlı futbolçu ilə vidalaşmasına maliyyə çətinliyi səbəb olub. Demir "Barselona"da 10 rəsmi matça çıxacağı halda, klub 10 milyon avro təzminat ödəyib onu heyətinə qatmalı idi. Bu üzdən La Liqa klubu 9 rəsmi oyun keçirmiş yarımmüdafiəçini göndərməyə qərar verib.

Qeyd edək ki, Yusuf Demir İspaniya çempionatında 3, UEFA Çempionlar Liqasında isə 6 qarşılaşmada forma geyinib.

Son xəbərlər

Orphus sistemi