"Barselona" Serxio Aquero ilə anlaşdı

"Barselona" Serxio Aquero ilə anlaşdı Aquero Kataloniya təmsilçisi azad agent kimi keçəcək
Futbol
231
13 May , 2021 16:43
Barselona Serxio Aquero ilə anlaşdı

İngiltərə "Mançester Siti"sindən ayrılacağı dəqiqləşən Serxio Aqueronun yeni klubu bəlli olub.

"Report" "Mundo Deportivo" nəşrinə istinadən xəbər verir ki, 33 yaşlı hücumçu İspaniya "Barselona"sı ilə anlaşıb.

Argentinalı oyunçunun transferi "Mançester Siti" və "Çelsi" komandaları arasında keçiriləcək Çempionlar Liqasının finalından sonra açıqlanacaq. Oyun mayın 29-da Portuqaliyanın Portu şəhərindəki "Draqau" stadionunda olacaq.

Aquero Kataloniya təmsilçisi azad agent kimi keçəcək.

Qeyd edək ki, Serxio Aquero 2011-ci ildən "Mançester Siti"də çıxış edir. Onun müqaviləsi mövsümün sonunda başa çatır.

Son xəbərlər

Orphus sistemi