Futbol üzrə İspaniya Primerasının XX turunun matçında "Barselona" "Elçe" ilə qarşılaşıb.
“Report” xəbər verir ki, görüş Elçedə "Manuel Martines Valero" stadionunda keçirilib və “Barselona”nın 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Oyunda hesab 39-cu dəqiqədə açılıb. Katalon komandasının yarımmüdafiəçisi Frenki de Yonq fərqlənib. Qarşılaşmanın sonunda kataloniyalıların yarımmüdafiəçisi Riki Puç növbəti dəfə rəqibləri oyuna mərkəzdən başlamağa məcbur edib.
"Barselona" bu qələbədən sonra 37 xal yığıb və yarış cədvəlində 3-cü yerə yüksəlib. "Elçe" 17 xalla 19-cu yer tutur.
Qeyd edək ki, qonaqların kapitanı Lionel Messi matçda iştirak etməyib. Buna səbəb hücumçunun "Atletiko" ilə İspaniya Superkubokunun final matçının sonunda rəqibinə qarşı kobud oynaması olub. Qarşılaşmanın hakimi buna görə ona qırmızı kart göstərib.