"Barselona" sabiq baş məşqçisinə 4 milyon avro təzminat ödəyəcək

"Barselona" sabiq baş məşqçisinə 4 milyon avro təzminat ödəyəcək "Barselona"nın sabiq baş məşqçisi Kike Setyenin Kataloniya təmsilçisindən alacağı təzminatın məbləği bəlli olub.
Futbol
355
1 Dekabr , 2021 18:29
Barselona sabiq baş məşqçisinə 4 milyon avro təzminat ödəyəcək

"Barselona"nın sabiq baş məşqçisi Kike Setyenin Kataloniya təmsilçisindən alacağı təzminatın məbləği bəlli olub.

"Report" "Cadena Ser" nəşrinə istinadən xəbər verir ki, klub vaxtından əvvəl istefaya göndərdiyi 63 yaşlı mütəxəssis 4 milyon avro ödəyəcək.

Bu, "Barselona"ya dekabrın 20-nə planlaşdırılan dəbbə pulunun ödənilməsi məsələsi ilə bağlı məhkəmə prosesindən yayınmağa imkan verəcək. Daha əvvəl bildirilib ki, Setyen məhkəmədə qələbə qazanacağı təqdirdə klubdan 14 milyon avro ala bilər.

Qeyd edək ki, Kike Setyen 2020-ci ildə "Barselona"ya rəhbərlik edib. O, "Bavariya"ya 2:8 hesabı ilə uduzduqları UEFA Çempionlar Liqasının oyunundan sonra qovulub.

Son xəbərlər

Orphus sistemi