"Barselona" rəsmisi Xavini klubda saxlamağa çalışacaqlarını etiraf edib

"Barselona" rəsmisi Xavini klubda saxlamağa çalışacaqlarını etiraf edib Lakin hər şey ondan asılıdır
Futbol
31 Mart , 2024 13:15
Barselona rəsmisi Xavini klubda saxlamağa çalışacaqlarını etiraf edib

İspaniyanın "Barselona" klubunun vitse-prezidenti Rafa Yuste baş məşqçi Xavi Ernandesi postunda saxlamağa çalışacaqlarını etiraf edib.

"Report" xəbər verir ki, yerli AS nəşrinə açıqlama verən funksioner mütəxəssisin Kataloniya təmsilçisində qalacağına ümid etdiyini söyləyib.

"Onunla uzun müddətli layihəni müzakirə edirik, 1-2 mövsümdən danışmırıq. Xavini klubda qalmağa inandırmağa çalışacağıq. Lakin hər şey ondan asılıdır", - deyə vitse-prezident vurğulayıb.

Qeyd edək ki, 2021-ci ildən "Barselona"da işləyən Xavi mövsümün sonunda komandadan ayrılacağını açıqlamışdı.

Son xəbərlər

Orphus sistemi