"Barselona""Real Sosyedad"ın 38 oyunluq məğlubiyyətsizlik seriyasını təkrarlayıb

"Barselona""Real Sosyedad"ın 38 oyunluq məğlubiyyətsizlik seriyasını təkrarlayıb Kataloniya klubunun seriyası 31 qələbə və 7 heç-heçədən ibarətdir
Futbol
8 Aprel , 2018 11:18
BarselonaReal Sosyedadın 38 oyunluq məğlubiyyətsizlik seriyasını təkrarlayıb

Bakı. 8 aprel. REPORT.AZ/ "Barselona" İspaniya çempionatının 31-ci turunda "Leqanes" üzərində 3:1 hesablı qələbədən sonra Primeroda məğlubiyyətsiz oyunlar seriyasını 38 matça çatdırıb.

“Report” xəbər verir ki, belə olan halda, Kataloniya klubu milli çempionatın 1978/79-cu illər mövsümünün 29-cu turundan 1979/80-ci illər mövsümünün 32-ci turuna qədər 38 qarşılaşmanı məğlubiyyətsiz keçirən "Real Sosyedad"ın rekordunu təkrarlayıb.

"Barselona"nın seriyası 31 qələbə və 7 heç-heçədən ibarətdir, eyni zamanda "Real Sosyedad" 22 qələbə və 16 heç-heçə ilə tarixə düşmüşdü.

Cari mövsümdə Ernesto Valverdenin yetirmələri daha 7 oyun keçirəcəklər. Növbəti turda Kataloniya komandası öz meydanında "Valensiya"nı qəbul edəcək.

Son xəbərlər

Orphus sistemi