"Barselona"nın prezidenti Messi barədə xəbərlərə aydınlıq gətirdi

"Barselona"nın prezidenti Messi barədə xəbərlərə aydınlıq gətirdi "Barselona" prezidenti Xosep Mariya Bartomeu klubun argentinalı hücumçusu Lionel Messinin komandadan mümkün gedişi barədə şayiələri şərh edib.
Futbol
2659
6 İyul , 2020 06:31
Barselonanın prezidenti Messi barədə xəbərlərə aydınlıq gətirdi

İspaniya "Barselona"sının prezidenti Xosep Mariya Bartomeu futbolçu Lionel Messinin komandadan mümkün gedişi barədə şayiələri şərh edib.

Bu barədə "Report" "Goal"a istinadən xəbər verir.

"Mən təfsilata varmayacağam, amma Lionel dəfələrlə deyib ki, o, özünün futbol karyerasını "Barselona"da bitirəcək. Biz klubun inkişafına köklənmişik, çox oyunçularla danışıqlar aparılır.

Messi karyerasını burada davam etdirmək istəyir və başa çatdırmağı planlaşdırır. Qarşıda onun hələ çox illəri var və biz Messinin oyunundan başqalarının güman etdiyindən daha çox zövq alacağıq", - Bartomeu deyib.

Messi "Barselona"nın yetirməsidir. Cari mövsümdə argentinalı hücumçu İspaniya çempionatının 29 matçında (27 matçda əsas heyətdə) çıxış edib. 33 yaşlı forvard bu qarşılaşmalarda 5-i penaltidən olmaqla, 22 qol vurub və 20 məhsuldar ötürmə edib.

Messinin klubla müqaviləsi 2021-ci il ilə qədər qüvvədədir. Qeyd edək ki, futbolçunun klubu tərk edəcəyi barədə məlumatlar yayılıb.

Son xəbərlər

Orphus sistemi