"Barselona" oyunçulardan maaşların azaldılması ilə razılaşmağı xahiş edir

"Barselona" oyunçulardan maaşların azaldılması ilə razılaşmağı xahiş edir İspaniyanın "Barselona" futbol klubu ciddi maliyyə çətinlikləri ilə üzləşib.
Futbol
6 Oktyabr , 2020 08:20
Barselona oyunçulardan maaşların azaldılması ilə razılaşmağı xahiş edir

İspaniyanın "Barselona" futbol klubu ciddi maliyyə çətinlikləri ilə üzləşib.

“Report”un məlumatına görə, bu barədə “Cadena Ser” bildirib.

Qeyd edilir ki, ispanlar başa çatan maliyyə ili üzrə 97 milyon avro məbləğində zərər qeydə alıblar. Klubun rəhbərliyi əmindir ki, vəziyyət yaxşı olmayacaq.

Ciddi çətinliklərdən qaçmaq üçün, "Barselona" rəhbərliyi futbolçulardan əmək haqlarının azaldılması ilə razılaşmağı xahiş edib. Danışıqlar "qeyri-formal” əlaqələrin köməyi ilə aparılır. Həmçinin klubda bir çox çox oyunçuların müqavilələrinin müddətinin uzadılması üzərində işləyirlər.

Daha əvvəl məlum olub ki, 2019-cu il ərzində futbolçuların maaş xərcləri 545 milyon avro təşkil edib.

Son xəbərlər

Orphus sistemi