"Barselona"nın yeni transferi sıradan çıxıb

"Barselona"nın yeni transferi sıradan çıxıb İspaniya "Barselona"sının yeni transferi Serxio Aquero 2021/2022 mövsümünün əvvəlini buraxacaq.
Futbol
9 Avqust , 2021 14:33
Barselonanın yeni transferi sıradan çıxıb
0 : 00
0 : 00

İspaniya "Barselona"sının yeni transferi Serxio Aquero 2021/2022 mövsümünün əvvəlini buraxacaq.

"Report"un AS nəşrinə istinadən məlumatına görə, mövsüm öncəsi tibbi müayinə zamanı argentinalı hücumçunun ayaq biləyi bağlarında ciddi zədə aşkarlanıb.

33 yaşlı forvardın təqribən 2 ay yaşıl meydanlardan kənarda qalacağı gözlənilir. O, ən yaxşı halda oktyabrın əvvəlində sıraya dönəcək.

Qeyd edək ki, Serxio Aquero "Barselona"ya İngiltərənin "Mançester Siti" klubundan keçib.

Son xəbərlər

Orphus sistemi