​"Barselona"nın sabiq futbolçusu karyerasını başa vurub

​"Barselona"nın sabiq futbolçusu karyerasını başa vurub 36 yaşlı yarımmüdafiəçinin son klubu Buenos-Ayresi təmsil edən "Arxentinos Xuniors" olub
Futbol
26 Yanvar , 2015 10:32
​Barselonanın sabiq futbolçusu karyerasını başa vurub

Bakı. 26 yanvar. REPORT.AZ/ Argentina milli komandasının sabiq futbolçusu Xuan Roman Rikelme karyerasını başa vurub. "Report"un məlumatına görə, 36 yaşlı yarımmüdafiəçinin son klubu Buenos-Ayresi təmsil edən "Arxentinos Xuniors" olub.

O, karyerası ərzində yerli "Boka Xuniors", eləcə də İspaniyanın "Vilyarreal" və "Barselona" klublarında da çıxış edib. Rikelme Argentinanın "Boka Xuniors"un heyətində 5 dəfə ölkə çempionu və 3 dəfə Libertadores Kubokunun qalibi olub. Rikelme 2000, 2001, 2008 və 2011-ci ildə Argentinada ilin ən yaxşı futbolçusu seçilib.

Qeyd edək ki, Xuan Roman Rikelme Argentina milli komandasında 51 oyuna 17 qol vurub. 

Son xəbərlər

Orphus sistemi