"Barselona"nın Messi ilə bağlı şikayəti rədd edildi
Futbol
- 22 yanvar, 2021
- 10:34
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İspaniya Futbol Federasiyası "Barselona"nın kapitanı Lionel Messini bağışlamayıb.
"Report" yerli mətbuata istinadən xəbər verir ki, qurum klubun argentinalı hücumçuya qarşı 2 oyunluq cəzadan apellyasiya şikayətini rədd edib.
35 yaşlı forvard İspaniya Super Kubokunun finalında "Atletik"in oyunçusu Asyer Vilyalibreni vurduğu üçün qarşılaşmanın bitməsinə bir dəqiqə qalmış meydandan qovulub. Ulduz futbolçu klub karyerasında ilk dəfə qırmızı vərəqə ilə cəzalandırılıb. "Atletik" görüşün əlavə vaxtında "Barselona"ya 3:2 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, İspaniya Kubokunda "Kornella" ilə oyunu (2:0) buraxan Lionel Messi yanvarın 24-də La Liqada "Elçe" ilə keçiriləcək matçda da meydana çıxa bilməyəcək.
Son xəbərlər
16:46
Azərbaycan Kubokunun 1/8 final mərhələsinin bütün cütləri müəyyənləşib
Futbol
16:46
Futbol üzrə Azərbaycan Kubokunda II təsnifat mərhələsinə yekun vurulub
Futbol
16:37
Bartolomey Kubkovski: "Oceanman Azerbaijan Sea Breeze" ən yaxşı turnirlərdən biri olacaq"
Fərdi
16:31
Məktəbdə media nümayəndələrinə qarşı törədilən əməllərlə bağlı cinayət işi başlanılıb
Hadisə
16:25
Azərbaycan və İordaniya energetika sahəsində əməkdaşlıq perspektivlərini müzakirə edib
Energetika
16:21
Bakı və Abşeronda təkdırnaqlı heyvanlar arasında epizootoloji monitorinq keçiriləcək
Sağlamlıq
16:20
Azərbaycan İsveçrəyə neft satışını 3 dəfə artırıb
Energetika
16:18
Boris Nəcəfov: "Oceanman Azerbaijan Sea Breeze" açıq suda üzmə yarışı fantastik təcrübə olacaq"
Fərdi
16:18
Foto
Naxçıvan Ali Məclisinin deputatı Avropa Şurasının rəhbər orqanına üzv seçilib
Xarici siyasət