"Barselona"nın keçmiş prezidenti saxlanıldı

"Barselona"nın keçmiş prezidenti saxlanıldı İspaniyanın "Barselona" klubunun sabiq prezidenti Xosep Bartomeu saxlanılıb
Futbol
1 Mart , 2021 14:56
Barselonanın keçmiş prezidenti saxlanıldı
Xosep Bartomeu

İspaniyanın "Barselona" klubunun sabiq prezidenti Xosep Bartomeu saxlanılıb.

"Report" xəbər verir ki, bu barədə "Cadena SER" nəşri məlumat yayıb.

58 yaşlı funksioner bu gün səhər saatlarında həbs edilib. O, vəzifə səlahiyyətlərindən sui-istifadə və korrupsiyada ittiham edilir.

Onunla birlikdə Kataloniya təmsilçisinin baş direktoru Oskar Qrau, hüquqi xidmətlər üzrə direktor Roman Qomez Ponti, keçmiş direktor Xaume Masferrer də saxlanılıb.

Qeyd edək ki, polis səhər saatlarından "Barselona"nın ofislərində araşdırma aparıb.

Son xəbərlər

Orphus sistemi