"Barselona"nın işçiləri Messiyə görə kədərləndi
Futbol
- 18 noyabr, 2020
- 13:06
İspaniyanın "Barselona" klubunun bir çox işçisi ulduz futbolçu Lionel Messinin 2020-ci ilin yayında komandadan ayrılacağına ümid edib.
"Report"un məlumatına görə, bunu Kataloniya təmsilçisinin işçilərindən biri "FourFourTwo" nəşrinə müsahibəsində etiraf edib.
O bildirib ki, 33 yaşlı hücumçunun klubda qalmasını öyrənəndən sonra hamısı kədərlənib: "Çünki klubun ona maaş ödəmək üçün ixtisarlar edəcəyini bilirdik. Messini sevirəm, klub və futbol üçün etdiklərini qiymətləndirirəm, amma daha çox ailəmizi və işimizi sevirik".
Qeyd edək ki, Lionel Messi yayda "Barselona"nı tərk etmək istədiyini bildirib. Lakin klub rəhbərliyi onunla müqaviləni pozmaqdan imtina edib. Daha sonra Messi komandada ən azı bir mövsüm qalacağını açıqlayıb.
Son xəbərlər
08:25
Meksika hökuməti ABŞ-nin ittihamlarına cavab verib
Digər ölkələr08:13
Bakının bir sıra yollarında tıxac yaranıb
İnfrastruktur07:55
İran ordusu ABŞ-nin Bəhreyndəki donanmasını hədəf alıb
Region07:30
CENTCOM: ABŞ-nin İrana endirdiyi yeni zərbələr dalğası başa çatıb - YENİLƏNİB
Digər ölkələr06:53
SEPAH: ABŞ-nin Küveytdəki logistika mərkəzi məhv edilib
Region06:34
AQTA: Yas mərasimindəki qida məhsulları laborator müayinəyə təqdim edilib
Hadisə06:25
Heqset İraqın Baş naziri ilə görüş keçirib
Digər ölkələr05:58
İranın mineral su istehsalı müəssisəsi bombalanıb
Region05:34