"Barselona"nın hücumçusu uzunmüddətli zədədən sonra sıraya dönüb

"Barselona"nın hücumçusu uzunmüddətli zədədən sonra sıraya dönüb İspaniya "Barselona"sının futbolçusu Ansu Fati uzunmüddətli zədədən sonra sıraya qayıdıb.
Futbol
297
25 Sentyabr , 2021 15:13
Barselonanın hücumçusu uzunmüddətli zədədən sonra sıraya dönüb
Ansu Fati

İspaniya "Barselona"sının futbolçusu Ansu Fati uzunmüddətli zədədən sonra sıraya qayıdıb.

"Report" xəbər verir ki, Kataloniya klubu 19 yaşlı hücumçunun dönüşünü tviterdə yayımladığı xüsusi video ilə açıqlayıb.

Gənc forvard meydana çıxmağa hazır olduğunu bildirib.

Qeyd edək ki, Ansu Fati 2020-ci ilin noyabrında "Betis"lə la Liqa matçında dizindən ciddi zədə alıb. Əvvəlcə onun 4 aydan sonra sağalacağı gözlənilsə də, o, həm mövsümün qalan hissəsini, həm də Avropa çempionatını buraxmalı olub. Fati 2019-cu ildən "Barselona"nın əsas heyətində çıxış edir.

Son xəbərlər

Orphus sistemi