"Barselona"nın futbolçusunun evi qarət olunub

"Barselona"nın futbolçusunun evi qarət olunub Bakı. 6 iyun. REPORT.AZ/ İspaniyanın Barselona klubunun futbolçusu Jerar Pike və həyat yoldaşı Şakiranın mənzili qarət olunub.
Futbol
6 İyun , 2018 15:56
Barselonanın futbolçusunun evi qarət olunub

Bakı. 6 iyun. REPORT.AZ/ İspaniyanın "Barselona" klubunun futbolçusu Jerar Pike və həyat yoldaşı Şakiranın mənzili qarət olunub.

"Report"un "Marca"ya istinadən verdiyi məlumata görə, cinayətkarlar cütlüyün evindən zinət əşyaları, saatlar və bəzək əşyaları götürüblər.

Oğrular hadisə zamanı evdə heç bir iz qoymayıblar. Bu isə hüquq-mühafizə orqanlarının işinə çətinlik yaradıb. 

Pike İspaniya milli komandasının düşərgəsində olduğu üçün evdə olmayıb. Onun həyat yoldaşı Şakira isə Almaniyada qastroldadır. Pike soyğunçuluğa görə polisə müraciət edib. 

Son xəbərlər

Orphus sistemi