"Barselona"nın futbolçusunda koronavirus aşkarlandı

"Barselona"nın futbolçusunda koronavirus aşkarlandı İspaniyanın "Barselona" klubunun futbolçusu koronavirusa yoluxub.
Futbol
12 Avqust , 2020 13:39
Barselonanın futbolçusunda koronavirus aşkarlandı

İspaniyanın "Barselona" klubunun futbolçusu koronavirusa yoluxub. 

"Report" Kataloniya təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, klub test nəticəsi müsbət olan oyunçunun adını açıqlamayıb. 

Futbolçu və onunla təmasda olan digər şəxslər təcrid olunub. Çempionlar Liqası oyunu üçün Portuqaliyanın Lissabon şəhərinə yola düşəcək heyətdən heç kim həmin şəxslə təmasda olmayıb. 

Qeyd edək ki, "Barselona" 1/4 final mərhələsində Almaniyanın "Bavariya" klubu ilə üz-üzə gələcək. Qarşılaşma avqustun 14-də olacaq. 

Son xəbərlər

Orphus sistemi