"Barselona"nın futbolçusu yenidən İngiltərədə çıxış edə bilər

"Barselona"nın futbolçusu yenidən İngiltərədə çıxış edə bilər Almaniyanın "Bavariya" klubu Çempionlar Liqasını (ÇL) qazanan Filippe Koutinyo karyerasını yenidən İngiltərədə davam etdirə bilər
Futbol
690
24 Avqust , 2020 15:29
Barselonanın futbolçusu yenidən İngiltərədə çıxış edə bilər
Filippe Koutinyo

Almaniyanın "Bavariya" klubu ilə Çempionlar Liqasını (ÇL) qazanan Filippe Koutinyo karyerasını yenidən İngiltərədə davam etdirə bilər. 

"Report" "Daily Mail"ə istinadən xəbər verir ki, "Arsenal" 28 yaşlı yarımmüdafiəçini icarəyə götürmək niyyətindədir. 

Braziliyalı oyunçu müqavilə ilə İspaniyanın "Barselona" klubuna məxsusdur. O, 2013 - 2018-ci illərdə İngiltərə "Liverpul"unun formasını geyinib. 

Qeyd edək ki, "Bavariya" ÇL-in finalında Fransa PSJ-sini 1:0 hesabı ilə məğlub edərək 6-cı dəfə kubokun qalibi olub.

2019/2020 mövsümünü icarə əsasında Münhen təmsilçisində keçirən Koutinyo 37 matçda meydana çıxıb, 11 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb. 

Son xəbərlər

Orphus sistemi