"Barselona"nın futbolçusu yeni rekorda imza atıb

"Barselona"nın futbolçusu yeni rekorda imza atıb İspaniyanın "Barselona" klubunun futbolçusu Xordi Alba yeni rekorda imza atıb.
Futbol
2 May , 2022 09:02
Barselonanın futbolçusu yeni rekorda imza atıb

İspaniyanın "Barselona" klubunun futbolçusu Xordi Alba yeni rekorda imza atıb.

"Report" "Opta" nəşrinə istinadən xəbər verir ki, 33 yaşlı oyunçu buna "Malyorka"ya 2:1 hesabı ilə qalib gəldikləri La Liqanın XXXIV tur oyununda nail olub.

Komandasının ilk qolunda məhsuldar ötürmə ilə yadda qalan təcrübəli müdafiəçi cari mövsüm 9-cu assistini edib. Bu, son 10 ildə Kataloniya təmsilçisinin arxa xətt oyunçuları üçün rekord göstəricidir.

"Barselona" tarixində bir mövsümdə daha çox məhsuldar ötürmə verən müdafiəçi isə Daniel Alveşdir. Braziliyalı futbolçu 2011/2012 mövsümündə 11 dəfə buna müvəffəq olub.

Son xəbərlər

Orphus sistemi