​"Barselona"nın futbolçusu rekorda imza atıb

​"Barselona"nın futbolçusu rekorda imza atıb Xavi bütün rəqiblərini geridə qoyub
Futbol
13 May , 2015 09:00
​Barselonanın futbolçusu rekorda imza atıb

Bakı. 13 may. REPORT.AZ/ İspaniyanın "Barselona" klubunun futbolçusu Xavyer Ernandes yeni rekorda imza atıb. "Report"un məlumatına görə, Çempionlar Liqasının yarımfinal mərhələsinin Almaniya "Bavariya"sı ilə cavab görüşündə meydana çıxan futbolçu Avropanın ən nüfuzlu klub turnirində 150-ci oyununu keçirib.

Bununla da Xavi bütün rəqiblərini geridə qoyub. İspaniyalı futbolçunun ən yaxın izləyicisi Madridin "Real" klubunun qapıçısı İker Kasilyasdır. O, 149 dəfə Avropanın yaşıl meydanlarına çıxıb. 

35 yaşlı Xavi Çempionlar Liqasında ilk dəfə 1998-ci ildə "Old Trafford"da İngiltərə "Mançester Yunayted"inə qarşı forma geyinib.

Qeyd edək ki, Çempionlar Liqasının yarımfinal mərhələsində iki oyunun nəticəsinə əsasən "Barselona" "Bavariya"dan üstün olub. Kataloniyalıların finaldakı rəqibi bu axşam baş tutacaq "Real Madrid" - "Yuventus" matçından sonra məlum olacaq.

Son xəbərlər

Orphus sistemi