"Barselona"nın futbolçusu Messinin uğurunu geridə qoyub

"Barselona"nın futbolçusu Messinin uğurunu geridə qoyub İspaniya "Barselona"sının futbolçusu Qavi Lionel Messinin klubdakı rekordunu qırıb.
Futbol
19 Dekabr , 2021 10:44
Barselonanın futbolçusu Messinin uğurunu geridə qoyub

İspaniya "Barselona"sının futbolçusu Qavi Lionel Messinin klubdakı rekordunu qırıb.

"Report" xəbər verir ki, yarımmüdafiəçi buna La Liqanın XVIII turunda evdə "Elçe"ni 3:2 hesabı ilə məğlub etdikləri oyunda nail olub.

Komandasının ikinci qoluna imza atan Qavi 17 yaş 135-ci günündə fərqlənməyi bacarıb. O, bu göstəriciyə görə hazırda Fransa PSJ-sində çıxış edən Messini (17 yaş 331 gün) qabaqlayıb.

Kataloniya təmsilçisinin ən gənc qolçuları Ansu Fati (16 yaş 304 gün) və klubun sabiq vingeri Boyan Krkiçdir (17 yaş 53 gün).

Qeyd edək ki, cari mövsüm bütün turnirlərdə 21 oyuna çıxan Qavi 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Son xəbərlər

Orphus sistemi