"Barselona"nın futbolçusu İtaliya klubuna keçə bilər

Futbol
  • 30 dekabr, 2024
  • 13:24
Barselonanın futbolçusu İtaliya klubuna keçə bilər
Ansu Fati

İspaniyanın "Barselona" klubunun futbolçusu Ansu Fati karyerasını İtaliyada davam etdirə bilər.

"Report" xəbər verir ki, bu barədə "El Nacional" məlumat yayıb.

"Komo" 22 yaşlı vingerlə maraqlanır. Baş məşqçi Sesk Fabreqas oyunçunu komandasında görmək istəyir.

Qeyd edək ki, Ansu Fati cari mövsüm bütün yarışlarda 7 oyun keçirib və 1 qol vurub. O, noyabrda zədələrək sıradan çıxıb.