"Barselona"nın futbolçusu ən yaxşı bombardir adına sahib çıxıb

"Barselona"nın futbolçusu ən yaxşı bombardir adına sahib çıxıb Lionel Messi 51-ci qolunu vurub
Futbol
19 Dekabr , 2016 12:36
Barselonanın futbolçusu ən yaxşı bombardir adına sahib çıxıb

Bakı. 19 dekabr. REPORT.AZ/ İspaniyanın "Barselona" klubunun futbolçusu Lionel Messi Avropanın "böyük beşliy"inə daxil olan çempionatlarda ən yaxşı bombardirə çevrilib. "Report"un məlumatına görə, argentinalı hücumçu La Liqanın XVI turunda "Espanyol"u 4:1 hesabı ilə yendikləri qarşılaşmada fərqləndikdən sonra buna nail olub.

Messi 90-cı dəqiqədə qol vuraraq oyunun nəticəsini müəyyənləşdirib. Bu argentinalının cari ildə 51-ci qolu olub.

Onun komanda yoldaşı uruqvaylı Luis Suares isə 37 qol vurub. Bunlardan 25-i ötən mövsümün ikinci yarısına, 12-si isə cari mövsümə təsadüf edib. Bu isə 2016-cı ildə "Top-5" ölkələrin çempionatlarındakı ən yaxşı nəticədir.

Qeyd edək ki, "Real Madrid"in portuqaliyalı futbolçusu Kriştianu Ronaldunun aktivində 42 qol var.

Son xəbərlər

Orphus sistemi