"Barselona"nın futbolçusu ağır zədə ilə xəstəxanaya aparılıb

"Barselona"nın futbolçusu ağır zədə ilə xəstəxanaya aparılıb "Barselona"nın futbolçusu Ronald Arauxo İspaniya La Liqasında XXXVI turun "Selta" ilə ev oyununda ağır zədə alıb.
Futbol
11 May , 2022 01:46
Barselonanın futbolçusu ağır zədə ilə xəstəxanaya aparılıb

"Barselona"nın futbolçusu Ronald Arauxo İspaniya La Liqasında XXXVI turun "Selta" ilə ev oyununda ağır zədə alıb.

"Report"un məlumatına görə, 23 yaşlı müdafiəçi ikinci hissədə komanda yoldaşı Qavi ilə kəllə-kəlləyə toqquşub. Nəticədə uruqvaylı oyunçu huşunu itirib və 68-ci dəqiqədə meydanı reanimobillə tərk edib.

Qeyd edək ki, qarşılaşma "Barselona"nın qələbəsi ilə yekunlaşıb - 3:1. Qalib komandadan qolları Memfis Depay 30-cu, Pyer-Emerik Obameyanq 41-ci və 48-ci dəqiqələrdə vurub. "Selta"dan isə Ceyson Murilyo 58-ci dəqiqədə qırmızı vərəqə alıb.

36 oyundan sonra "Barselona" 72 xalla 2-ci yerdə gedir. "Selta" isə 43 xalla 11-cidir.

Son xəbərlər

Orphus sistemi