"Barselona"nın futbolçuları PSJ ilə matçda mübahisə etdi

"Barselona"nın futbolçuları PSJ ilə matçda mübahisə etdi Hər iki oyunçu ikinci hissədə bir-birilərinə narazılıqlarını bildiriblər
Futbol
17 Fevral , 2021 09:05
Barselonanın futbolçuları PSJ ilə matçda mübahisə etdi

"Barselona" klubunun futbolçuları Jerar Pike və Antuan Qrizmann İspaniyada Fransa PSJ-sinə məğlub olduqları Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunu zamanı mübahisə ediblər.

"Report" "Sport.es"ə istinadən xəbər verir ki, hər iki oyunçu ikinci hissədə bir-birilərinə narazılıqlarını bildirib.

Pike komandasının yalnız topa sahib olmaqda üstünlük əldə etməsindən şikayətlənib. Qrizmann komanda yoldaşını sakitləşdirməyə çalışsa da, ispaniyalı müdafiəçi daha da əsəbiləşib. Pike fransalı oyunçuya komandanın 5 dəqiqədir əziyyət çəkdiyini söyləyib.

Qeyd edək ki, qarşılaşma PSJ-nin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. Fransadakı cavab oyunu martın 10-da olacaq.

Son xəbərlər

Orphus sistemi