“Barselona”nın futbolçuları koronavirus testindən keçəcəklər

“Barselona”nın futbolçuları koronavirus testindən keçəcəklər Mövsümün mümkün başlanmasına hazırlıq çərçivəsində Katalon Barselona”sının futbolçuları koronavirus testindən keçəcəklər.
Futbol
3 May , 2020 07:53
“Barselona”nın futbolçuları koronavirus testindən keçəcəklər

Mövsümün mümkün başlanmasına hazırlıq çərçivəsində Katalon "Barselona”sının futbolçuları koronavirus testindən keçəcəklər.

Bu barədə “Report” “Marca”ya istinadən xəbər verir.

Bildirilir ki, koronavirus testi mayın 6-da baş tutacaq.

Əgər nəticələr qənaətbəxş olsa, oyunçular fizioterapevtlərin müşahidəsi əsasında fərdi məşqlərə başlaya biləcəklər. Bu halda oyunçular paltarlarını evdə dəyişəcəklər və evdə duş qəbul edəcəklər.

Hazırlığın ikinci mərhələsində oyunçular öz ailə üzvləri ilə əlaqələrdən çəkinərək kiçik qruplar tərkibində məşq edə biləcəklər. Üçüncü mərhələdə futbolçulara 14 nəfərdən çox olmayan qruplar şəklində məşqlərə icazə veriləcək.

Lakin bütün bunlar yalnız İspaniyada koronavirus epidemiyasının miqyası azaldıqda aktual olacaq. Belə olarsa, La Liqa məşqlərin başlanğıcından 1 ay sonra başlaya bilər. 

Son xəbərlər

Orphus sistemi