"Barselona"nın futbolçuları klub rəhbərliyi ilə görüşdən imtina etdi

"Barselona"nın futbolçuları klub rəhbərliyi ilə görüşdən imtina etdi İspaniyanın "Barselona" komandasının futbolçuları rəhbərliyin maaşların azaldılması ilə bağlı növbəti təklifini geri çevirib.
Futbol
983
23 Oktyabr , 2020 12:59
Barselonanın futbolçuları klub rəhbərliyi ilə görüşdən imtina etdi
0 : 00
0 : 00

İspaniyanın "Barselona" komandasının futbolçuları rəhbərliyin maaşların azaldılması ilə bağlı növbəti təklifini geri çevirib.

"Report" "Marca"ya istinadən xəbər verir ki, klub rəsmiləri ilə görüşdən imtina edən oyunçular yeni müqavilə şərtləri ilə razılaşmayacaqlarını bildiriblər.

Onlar komanda adından rəhbərliyə göndərilən məktubda öz hüquqlarının pozulmasına dözmək niyyətində olmadıqlarını vurğulayıblar.

Hətta Jerar Pike, Mark-Andre ter Ştegen, Kleman Lanqle və Frenki de Yonq kimi futbolçuların bu təklifə razılıq vermələri də digər futbolçuları fikrindən daşındırmayıb.

Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən 2019/2020 mövsümündə 97 milyon avro itirən "Barselona" zərəri futbolçuların maaşlarını azaldaraq, kompensasiya etmək istəyir.

Son xəbərlər

Orphus sistemi