"Barselona"nın baş məşqçisi Ronald Kuman istefa verib

"Barselona"nın baş məşqçisi Ronald Kuman istefa verib Niderlandlı mütəxəssis Ronald Kuman İspaniyanın "Barselona" futbol klubunun baş məşqçisi vəzifəsini tərk edib.
Futbol
28 Oktyabr , 2021 02:38
Barselonanın baş məşqçisi Ronald Kuman istefa verib

Niderlandlı mütəxəssis Ronald Kuman İspaniyanın "Barselona" futbol komandasının baş məşqçi vəzifəsini tərk edib.

“Report”un klubun rəsmi saytına istinadən məlumatına görə, qərar Kataloniya komandasının çərşənbə günü İspaniya çempionatında "Rayo Valyekano"ya səfərdə 0:1 hesabı ilə uduzmasından sonra verilib.

Kuman 19 avqust 2020-ci ildən "Barselona"ya rəhbərlik etməyə başlayıb. Komanda İspaniya çempionatının cari mövsümündə 10 matçdan sonra 15 xal toplayaraq turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb. “Barselona” Çempionlar Liqasının qrup mərhələsində keçirdiyi 3 oyundan sonra Portuqaliya “Benfika”sına və Almaniya “Bavariya”sına 0:3 hesabı ilə uduzmaqla yanaşı, Ukraynanın “Dinamo” (Kiyev) komandasına 1:0 hesabı ilə qalib gələrək, qrupda üçüncü yerdə qərarlaşıb.

Kuman 2018 - 2020-ci illərdə Niderland millisinə rəhbərlik edib, baş məşqçi kimi “Vitess”, “Ayaks”, PSV, AZ, “Feyenoord”, Portuqaliyanın “Benfika”, İspaniyanın “Valensiya”, İngiltərənin “Everton” və “Sautgempton” klublarında da çalışıb.

Son xəbərlər

Orphus sistemi