“Barselona”nın baş məşqçisi Arda Turanın satılmasını istəyir

“Barselona”nın baş məşqçisi Arda Turanın satılmasını istəyir Ernesto Valverde Arda Turanla yanaşı, yarımmüdafiəçi Rafa Alkantara və hücumçu Pako Alkaserin də xidmətində maraqlı deyil
Futbol
21 Oktyabr , 2017 13:03
“Barselona”nın baş məşqçisi Arda Turanın satılmasını istəyir

Bakı. 21 oktyabr. REPORT.AZ/ İspaniyanın “Barselona” klubunun baş məşqçisi Ernesto Valverde 3 futbolçunun satılmasını istəyir.

“Repor” ESPN-ə istinadən xəbər verir ki, onların arasında futbol üzrə Türkiyə millisinin yarımmüdafiəçisi Arda Turan da var.

Katalonyalıların baş məşqçisi A.Turanla yanaşı, yarımmüdafiəçi Rafa Alkantara və hücumçu Pako Alkaserin də xidmətində maraqlı deyil. E.Valverde hesab edir ki, bu futbolçular “Barselona”nın səviyyəsinə uyğun deyillər.

Qeyd edək ki, E.Valverde bu ilin yayında “Barselona”ın baş məşqçisi postunda Luis Enrikeni əvəzləyib.

Son xəbərlər

Orphus sistemi