“Barselona”nın 105 milyon avroluq yeni transferi 3,5 ayadək sıradan çıxıb

“Barselona”nın 105 milyon avroluq yeni transferi 3,5 ayadək sıradan çıxıb Usman Dembele bu gün əməliyyat olunub
Futbol
19 Sentyabr , 2017 17:38
“Barselona”nın 105 milyon avroluq yeni transferi 3,5 ayadək sıradan çıxıb
Getty Images

Bakı. 19 sentyabr. REPORT.AZ/ İspaniya La Liqasının VI turunda “Xetafe” ilə görüşdə zədələnən “Barselona”nın futbolçusu Usman Dembele əməliyyat olunub.

“Report” Kataloniya təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, əməliyyatdan sonra 20 yaşlı fransalı hücumçunun yaşıl meydanlardan 3,5 ayadək kənar qalacağı dəqiqləşib.

Qeyd edək ki, Usman Dembele ötən ay 105 milyon avro qarşılığında Almaniyanın “Borussiya” (Dortmund) komandasından “Barselona”ya transfer olub.

Son xəbərlər

Orphus sistemi