"Barselona" Neymarı həyat tərzinə görə transfer etməyəcək
Futbol
- 10 iyun, 2023
- 02:41
Fransanın PSJ klubunun braziliyalı hücumçusu Neymar İspaniyanın "Barselona" klubuna qayıtmayacaq.
“Report”un “Sport”a istinadən məlumatına görə, "Barselona" futbolçunun həyat tərzindən utanır. Keçidi çətinləşdirən ikinci amil Neymarın tez-tez zədələnməsidir.
Bundan əlavə, "Barselona" maliyyə feyr-pleyindəki problemlər səbəbindən braziliyalının qeydiyyatdan keçə biləcəyinə heç bir zəmanət verə bilmir.
Daha əvvəl mətbuatda Neymarın transferə hazırlandığı və Premyer Liqanın bir neçə klubunun onunla maraqlandığı barədə məlumatlar yayılmışdı.
Neymar 2017-ci ildən PSJ-də çıxış edir. Forvardın klubla müqaviləsi 2025-ci ilə qədərdir. Neymar ötən mövsüm bütün turnirlərdə 29 oyuna çıxıb, 18 qol vurub, 17 məhsuldar ötürmə edib.
Son xəbərlər
04:11
ABŞ-də bir sentlik sikkələrin zərbi dayandırılıb
Digər ölkələr03:41
G7 ölkələri Ukraynada atəşkəsə çağırış edib
Digər ölkələr03:09
Gürcüstanda qəzaya uğrayan Türkiyə hərbi təyyarəsinin hissələri Kayseridə tədqiq ediləcək
Region03:05
Rubio: ABŞ Macarıstana Rusiyaya qarşı sanksiyalardan bir illik möhlət verib
Digər ölkələr02:44
AVRO-2028-in final oyunu "Uembli" stadionunda keçiriləcək
Futbol02:07
İtaliyanın "Corriere della Sera" qəzeti Lavrovla müsahibənin dərcindən imtina edib
Media01:40
ABŞ Karib hövzəsində narkotik ticarətinin qarşısını almağa davam edəcək
Digər ölkələr01:26
İraq Baş nazirinin koalisiyası parlament seçkilərində qalib gəlib
Digər ölkələr01:09