"Barselona" - "Napoli" matçı azarkeşsiz keçiriləcək - RƏSMİ

"Barselona" - "Napoli" matçı azarkeşsiz keçiriləcək - RƏSMİ UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində Barselona (İspaniya) və Napoli (İtaliya) komandaları arasındakı cavab matçı azarkeşsiz keçiriləcək.
Futbol
10 Mart , 2020 14:06
Barselona - Napoli matçı azarkeşsiz keçiriləcək - RƏSMİ
getty

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində "Barselona" (İspaniya) və "Napoli" (İtaliya) komandaları arasındakı cavab matçı azarkeşsiz keçiriləcək.  

"Report" Kataloniya təmsilçisinin rəsmi "Twitter" səhifəsinə istinadən xəbər verir ki, qarşılaşma boş tribunalar önündə oynanılacaq. Səbəb koronavirus epidemiyasının yayılmasıdır.  

Qeyd edək ki, matç martın 19-da Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. UEFA daha öncə bir neçə qarşılaşmanın azarkeşsiz keçiriləcəyini açıqlayıb.

Son xəbərlər

Orphus sistemi