“Barselona” müdafiəsini gücləndirdi

“Barselona” müdafiəsini gücləndirdi İspaniyanın Barselona klubu Argentina Boka Xuniorsunun futbolçusu Santyaqo Ramosla müqavilə imzalayıb.
Futbol
5 Fevral , 2020 01:20
“Barselona” müdafiəsini gücləndirdi

İspaniyanın "Barselona" klubu Argentina "Boka Xuniors"unun futbolçusu Santyaqo Ramosla müqavilə imzalayıb.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, sözləşmənin müddəti sonradan daha 2 il uzadıla bilməsi şərtilə 3 illikdir. 18 yaşlı oyunçu “Barselona B”də çıxış edəcək.

Qeyd edək ki, Santyaqo Ramos "Boka Xuniors"un yetirməsidir. O, ötən mövsümdə Argentina klubunun ikinci komandasının heyətində oynayıb, həmçinin əsas komandanın iki yoldaşlıq matçında iştirak edib. Hazırda "Barselona" La Liqada 22 oyundan 46 xalla 2-ci yeri tutur. "Real Madrid" isə 49 xalla liderdir.

Son xəbərlər

Orphus sistemi