"Barselona" klubu Luka Modriçi ələ salıb - VİDEO

"Barselona" klubu Luka Modriçi ələ salıb - VİDEO Bakı. 1 mart. REPORT.AZ/ Barselona klubu 3:0 hesablı qələbə qazandıqları İspaniya Kubokunun yarımfinal mərhələsinin cavab görüşündən sonra Real Madridin futbolçusu Luka Modriçi ələ salıb.
Futbol
1 Mart , 2019 10:09
Barselona klubu Luka Modriçi ələ salıb - VİDEO

Bakı. 1 mart. REPORT.AZ/ "Barselona" klubu 3:0 hesablı qələbə qazandıqları İspaniya Kubokunun yarımfinal mərhələsinin cavab görüşündən sonra "Real Madrid"in futbolçusu Luka Modriçi ələ salıb.

"Report"un məlumatına görə, Kataloniya təmsilçisi öz "Twitter" səhifəsində xorvatiyalı yarımmüdafiəçinin yerə yıxılarkən Lionel Messinin futbolkasından dartdığı epizodu paylaşıb. Fotonun altına isə bu sözlər yazılıb: "Messinin formasını klubumuzun internet mağazasına girərək almaq daha asandır".

Bundan sonra azarkeşlər arasında atışmalar başlanıb.

Qeyd edək ki, Lionel Messi "Qızıl top"u əvvəllər 5 dəfə qazanıb. Luka Modriç isə bu mükafatın son sahibidir.

Son xəbərlər

Orphus sistemi