"Barselona" Messinin dublu ilə qalib gəldi

"Barselona" Messinin dublu ilə qalib gəldi Futbol üzrə İspaniya La Liqasında II turdan təxirə salınmış "Atletik" - "Barselona" matçı keçirilib.
Futbol
7 Yanvar , 2021 02:36
Barselona Messinin dublu ilə qalib gəldi

Futbol üzrə İspaniya La Liqasında II turdan təxirə salınmış "Atletik" - "Barselona" matçı keçirilib.

"Report"un məlumatına görə, Bilbaodakı "San Mames" stadionunda təşkil olunmuş qarşılaşma qonaq komandanın qələbəsi ilə yekunlaşıb - 3:2.

Kataloniya təmsilçisindən qolları 14-cü dəqiqədə Pedri, 38-ci və 62-ci dəqiqələrdə Lionel Messi vurub. Meydan sahiblərindən isə 3-cü dəqiqədə İnyaki Uilyams və 90-cı dəqiqədə İker Muniain fərqlənib.

Bu nəticədən sonra xalını 31-ə çatdıran "Barselona" 17 oyundan 31 xalla 3-cü pilləyə yüksəlib. "Atletik" isə 21 xalla 9-cudur.

Son xəbərlər

Orphus sistemi