"Barselona" Messini cəzalandırmayacaq

"Barselona" Messini cəzalandırmayacaq İspaniyanın "Barselona" klubu ulduz futbolçusu Lionel Messini tibbi müayinədən vaxtında keçmədiyi üçün cəzalandırmayacaq.
Futbol
31 Avqust , 2020 14:02
Barselona Messini cəzalandırmayacaq
Lionel Messi

İspaniyanın "Barselona" klubu ulduz futbolçusu Lionel Messini tibbi müayinədən keçməyə vaxtında gəlmədiyi üçün cəzalandırmayacaq. 

"Report" yerli mətbuata istinadən xəbər verir ki, Kataloniya təmsilçisinin oyunçuları avqustun 30-da tibbi müayinədən keçib. 

Messi müqaviləsinin ləğv olunması üçün kluba müraciət edib və mövsümöncəsi təlim-məşq toplanışına qatılmayacağını bildirib. 

"Barselona" futbolçunun komandadan uzaq olduğu hər gün üçün maaşını kəsəcək. 

Qeyd edək ki, Lionel Messi "Barselona"dan ayrılmaq istəyir. O, 2004-cü ildən Kataloniya təmsilçisinin əsas komandasında çıxış edir. Forvard bu müddət ərzində bütün turnirlərdə 731 oyuna 634 qol və 285 məhsuldar ötürmə müəllifi olub. 

Son xəbərlər

Orphus sistemi