"Barselona" Messi ilə yeni müqaviləni bu tarixdə açıqlayacaq

"Barselona" Messi ilə yeni müqaviləni bu tarixdə açıqlayacaq İspaniyanın "Barselona" klubu futboçusu Lionel Messi ilə müqavilənin uzadılmasına hazırlaşır
Futbol
23 İyun , 2021 09:20
Barselona Messi ilə yeni müqaviləni bu tarixdə açıqlayacaq
Lionel Messi

İspaniyanın "Barselona" klubu futboçusu Lionel Messi ilə müqavilənin uzadılmasına hazırlaşır.

"Report" "El Chiringuito TV"yə istinadən xəbər verir ki, artıq tərəflərin son detallar barədə razılığa gəlməsi qalıb.

Yeni sözləşmə 2023-cü ilin iyununadək qüvvədə olacaq. Kataloniya təmsilçisi ulduz futbolçu ilə müqavilənin uzadıldığını iyunun 24-də açıqlamaq niyyətindədir.

Qeyd edək ki, Lionel Messinin klubla müqaviləsi iyunun 30-da başa çatır. "Barselona"nın yetirməsi olan forvard 2005-ci ildən əsas komandada çıxış edir. O, son mövsümdə 47 oyunda 38 qol vurub və 14 məhsuldar ötürmə ilə yadda qalıb.

Son xəbərlər

Orphus sistemi